Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB
Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.
TodayPress TV xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov 1978-ci il təvəllüdlü arvadı Günəş İbrahimovaya bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.
Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.