Samuxda əkin sahəsində kişi meyiti tapıldı

Samuxda əkin sahəsində kişi meyiti tapıldı
18.06.2025 22:46 Hadisə

Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb.

TodayPress TV xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər