Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR

Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR
30.07.2026 19:05 Hadisə

Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər