Kürdəmirdə 22 yaşlı qadın vəfat etdi

Hadisə

16.12.2025 22:50

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib.

Həkimlər ona əməliyyat təyin ediblər.

Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.

Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

TodayPress TV

tag: Kürdəmir, Əməliyyat, Ölüm, Qarasu, todaypress.tv,