Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) TodayPress TV-yə bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.