İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş
Teleaparıcı Kamilə Babayevanın anası vəfat edib.
TodayPress TV Lent.az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də baş verib, təfərrüat isə bu gün məlum olub.
Belə ki, 77 yaşlı Münəvvər Yəhya qızı Babayevanın meyiti Nəsimi rayonunda, yaşadığı evdə aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.