İki gün əvvəl Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.