Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB

Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB
13.07.2026 10:49 Hadisə

Gürcüstanda yaşayan 15 yaşlı Əli Mehdiyev iyulun 9-da Tbilisidə bıçaqlanaraq öldürülüb.

TodayPress TV xəbər verir ki, hadisə saat 19:00 radələrində paytaxtın Vaşlicvari rayonunda baş verib.

İlkin məlumatlara görə, bir nəfər Əli Mehdiyevin Azərbaycan dilində danışmasına etiraz edib, ona təhqiramiz ifadələr işlədib və daha sonra bıçaqla hücum edib.

Əlinin anası Sevinc Quliyeva bildirib ki, hadisə ilə bağlı yayılan ilkin məlumatlar oğlunun yanında olan şəxslərin dediklərinə əsaslanır.

Hadisənin motivi və digər təfərrüatlarla bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarının rəsmi araşdırması davam edir. Hazırda cinayətin məhz etnik və ya dil zəminində törədildiyi barədə rəsmi təsdiq açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər