Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi

Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi
14.07.2026 19:06 Hadisə

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

TodayPress TV Report-a xəbər verir ki, Abbas Səhət adına Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.

Zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslər Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyevadır (1974).

Bundan başqa, daha iki azyaşlının zəhərləndiyi bildirilir. Azyaşlılar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər