Cəbrayılın iki kəndi alova büründü

Cəbrayılın iki kəndi alova büründü
07.08.2026 21:58 Hadisə

Cəbrayıl rayonunda iki kəndin ərazisində açıq sahədə yanğın baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Horovlu və Quycaq kəndlərinin təpəlik və açıq ərazilərində qeydə alınıb.

Məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər