Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR
İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O. Yusubov aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədib qaçan S. Camalovu polis əməkdaşları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.