Bakıda məktəb ərazisində bıçaqlanma oldu
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Şamil Amil oğlu Hüseynov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.