Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO
03.07.2026 12:16 Hadisə

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

TodayPress TV xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər