Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO

Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
27.07.2026 15:32 Hadisə

Bakı çimərliklərində, xüsusilə də Bilgəh çimərliyində manyak peyda olub. Təxminən 35–40 yaşlarında olduğu bildirilən bu şəxsin fotosu da yayılıb.

TodayPress TV Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs çimərliklərdə azyaşlı qızlara və qadınlara qarşı qeyri-etik davranışlar nümayiş etdirir.

Müxtəlif bəhanələrlə (məsələn, saatı soruşmaq və s.) azyaşlı qızlara yaxınlaşdığı, daha sonra isə valideynlərlə münaqişəyə girdiyi, kobud davranışlar sərgilədiyi və ərazidə narahatlıq yaratdığı bildirilir.

İstirahət edən vətəndaşlar və valideynlər övladlarının, eləcə də özlərinin təhlükəsizliyindən ciddi narahat olduqlarını bildirirlər. Bu səbəbdən məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (DİN) rəsmi müraciət edildiyi qeyd olunur.

Valideynlər həmin şəxsin qısa müddətdə müəyyən edilərək saxlanılmasını, əməllərinə hüquqi qiymət verilməsini və barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinin tətbiq olunmasını tələb edirlər.

TodayPress TV

FOTOLAR

Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO — 1
XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər