Çayda itkin düşən gəncdən xəbər var

Çayda itkin düşən gəncdən xəbər var
09.08.2026 18:19 Hadisə

İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.

TodayPress TV xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

İmişlidə gənc oğlan Araz çayında batıb.

TodayPress TV xəbər verir ki, hadisə çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı Elgün Həsənov çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər