44 yaşlı kişi faciəvi şəkildə öldü
Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.