Vaşinqtondakı hadisənin arxasında kim var? Mümkün səbəblər
Gündəm
26.04.2026 12:26
"Dürüst desək, elə də bir təşkilli terror hadisəsi deyil bu. Bir nəfərin, naşı psixin özfəaliyyətidir".
TodayPress TV xəbər verir ki, bunu politoloq İlqar Altay Vaşinqtonda Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən hadisə ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, ilkin məlumatlara görə, atışma Ağ Evdə deyil, Vaşinqtondakı "Hilton" otelində qeydə alınıb: "Tramp və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri üçün təşkil edilən şam yeməyindən sonra daxili görüşlər keçirilib.Məlumata əsasən, hücum edən şəxs otelin bitişik korpusunda qalırmış. O, ov tüfəngi (qısa Winchester tipli silah) və əlavə olaraq tapança ilə yanaşı bir neçə bıçaq da üzərində gəzdirib. Şəxs qonaqların olduğu korpusa daxil olmaq üçün binaarası koridordan istifadə etməyə çalışıb. Keçid məntəqəsində təhlükəsizlik yoxlanışı zamanı qəfil atəş açaraq mühafizə polisini hədəf alıb. Güllə zirehli jiletdən dəyərək keçdiyi üçün ciddi xəsarət qeydə alınmayıb.Hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib, tədbir iştirakçıları ehtiyat tədbiri olaraq təxliyə olunub və prezident də daxil olmaqla qonaqlar təhlükəsiz əraziyə çıxarılıb. Qısa müddət ərzində hücum edən şəxsin kimliyi müəyyən edilib. Onun Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allan olduğu, ali təhsilli müəllim işlədiyi və əvvəlki dövrlərdə psixoloji müalicə aldığı bildirilir.
"Polis hadisə ilə bağlı geniş araşdırma aparır. Kamera görüntüləri araşdırılır, şahidlər dindirilir və atışmanın motivləri dəqiqləşdirilir. Şübhəlinin yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı gözlənilir,- o, əlavə edib.
İlqar Altay vurğulayıb ki, Prezident Tramp hadisəyə münasibət bildirərək bunun ona qarşı planlaşdırılmış bir sui-qəsd cəhdi olduğunu qeyd edib. Lakin təhlükəsizlik xidmətləri vəziyyətə operativ və peşəkar şəkildə müdaxilə ediblər.
"Ümumilikdə, hadisənin təşkil olunmuş terror aktı olmadığı, daha çox fərdi və psixoloji problemləri olan bir şəxsin təkbaşına həyata keçirdiyi hərəkət olduğu ehtimal edilir",- analitik fikrini tamamlayıb.
Jalə Rövşən
tag: ABŞ,İlqar Altay ,Vaşinqton ,Donald Tramp ,Todaypress.tv,
2026-cı ildə quru sərhədləri açılacaq? - Açıqlama
18.12.2025
"Təhlükəsizlik problemləri hələ də aradan qalxmayıb"Bunu 2026-cı ildə quru sərhədlərinin açılması məsələsi ilə bağlı Tod...
Hakan Fidan: "Ərəb ölkələri İrana son dəfə xəbərdarlıq ediblər""
22.03.2026
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ərəb ölkələri İran ərazilərindəki hədəflərə endirilən zərbələrdə...
Ermənistan məhsulları Azərbaycana gəlir | Vətəndaşların buna münasibəti necədir?
09.02.2026
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində addımlar atıldıqdan sonra yeni iqtisadi əməkdaşlıqlar da...
ƏDV-nin ləğvi qiymətlərə necə təsir edəcək?
20.02.2026
"Əlavə dəyər vergisinin (ƏDV) ləğvi həm qiymətlərin enməsinə, həm də gələcəkdə qiymət artımının qarşısının alınmasına tə...
Liv Bona Dea Hospitalı Nigar Köçərlinin iddialarına cavab verdi
19.01.2026
"Son günlər sosial şəbəkələrdə xəstəxanamızla bağlı yayımlanan iddialara cavab olaraq bildiririk ki, məsələ ilk gündən e...
Naxçıvana dron hücumunu pisləyən ölkələr – SİYAHI
05.03.2026
İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata k...
“Ay camaat, bu, ayılma və ayrılma nöqtəsidir”
18.02.2026
NİYƏ QISAMÜDDƏTLİK?Tanışlardan biri son 5 ildə 30-dan çox iş yeri dəyişib. Səbəbini soruşanda da hər dəfə bunu deyib: “İ...
Ağdaban Faciəsində DƏHŞƏTLİ FAKTLAR: Aşıq Şəmşirin əlyazmaları niyə yandırıldı?
08.04.2026
"Ağdaban qətliamı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi soyqırımı hadisələri arasında özünəməxsus yeri olan faciədir. Ç...
BƏƏ Prezidentinin müşaviri: "Region yeni müharibəyə ehtiyac duymur" – MÜSAHİBƏ
02.03.2026
28 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Baş diplomatik müşaviri doktor Ənvər Qarqaş CNN...
Biz bu gün Xocalı yaramızı sarımağa çalışırıq - RƏY
25.02.2026
"Xocalı soyqırımını törədən hərbi cinayətkarlar Azərbaycan xalqını Qarabağ uğrunda mübarizəsində qırılma nöqtəsinə gətir...
