Trampın "Xarq adasını ələ keçirmək" planına Tehrandan reaksiya: Müdafiə xətti gücləndirilir
İran Xarq adasında müdafiə qurğuları hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb..
Telekanalın məlumatına görə, Tehran adada hava hücumundan müdafiə (HHM) vasitələri yerləşdirir və sahil xətti boyu minalar quraşdırır. ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, adada həyata keçirilə biləcək mümkün əməliyyat insan itkilərinə səbəb ola bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin bu gecə İrana güclü zərbələr endirəcəyini, o cümlədən Xarq adasını ələ keçirmək niyyətində olduğunu bildirib.
Aysel Mətləb