Trampdan sərt ultimatum - "İran məhv ediləcək!"

Gündəm

04.05.2026 21:12

"Əgər İran ABŞ gəmilərini vurarsa məhv ediləcək".

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib.

Amerika lideri əlavə edib ki, ABŞ gəmilərindən biri vurulsa İran yer üzündən silinəcək.

"Ya iranlılar xoş niyyətlə razılaşma əldə edəcəklər, ya da hərbi əməliyyatlar yenidən başlayacaq", - deyə prezident vurğulayıb.

Qeyd edək ki, ordu və MOSSAD İsrail siyasi rəhbərliyinə İranla müharibənin bərpa olunmasını tövsiyə edir.

TodayPress TV

tag: Tramp,İran,ABŞ,Gəmi,Todaypress.tv,