Tarixi imza İslamabadda atıla bilər! – İran XİN rəhbərindən ABŞ ilə saziş bəyanatı
İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - deyə o qeyd edib.
Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq:
"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq".