Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir"

Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir"
24.06.2026 20:40 Gündəm

Vaşinqton İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz bildirib.

"Biz heç bir halda qoşunları çıxarmayacağımızı bəyan etdik və ABŞ də İsraildən ordunu Livandan çıxarmasını tələb etmir. Bu da diplomatik nailiyyətdir", - deyə nazir qeyd edib.

Katz əlavə edib ki, bu mövqeyi Pentaqonun rəhbəri Pit Heqsetə çatdırıb.

Müdafiə nazirinin sözlərinə görə, 200 min livanlının hazırda İsrail Müdafiə Ordusunun nəzarətində olan rayonlara qayıtmasına imkan verilməyəcək:

"Orada dinc əhali olanda, həm əldəqayırma partlayıcı qurğular, həm də əsgərlərə hücumlar var idi. Biz geri çəkilmirik".

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər