İsrail və Livanda nə baş verir?

İsrail və Livanda nə baş verir?
02.06.2026 21:30 Gündəm

İsrailin Livanın cənubuna təşkil etdiyi hücumlar nəticəsində azı səkkiz nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, iyunun 1-i Cəbəl Amel xəstəxanası yaxınlığına edilən hücumda ölənlərin sayı isə 4-ə yüksəlib.

Həmçinin "Hizbullah" Livanın cənubunda İsrailin hərbi texnikasını hədəf aldığını bildirir.

Bunlardan əlavə, ABŞ, İsrail və Livan nümayəndələri danışıqların dördüncü mərhələsi üçün Vaşinqtonda, Dövlət Departamentində bir araya gəliblər.

Bildirilir ki, müzakirələr ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Livan prezidentliyi arasında səsləndirilən ziddiyyətli bəyanatların ardınca keçirilir.

Tramp həm "Hizbullah"ın, həm də İsrailin hücumları dayandırmağa razı olduğunu iddia etsə də, Netanyahu İsrail ordusunun Livanın cənubunda "planlaşdırıldığı kimi fəaliyyətini davam etdirəcəyini" deyib.

Livan prezidentliyi isə "Hizbullah"ın qarşılıqlı atəşkəslə razılaşdığını bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər