İran TƏKZİB ETDİ: "BƏƏ hədəfimiz deyil"

Gündəm

04.05.2026 20:46

İranın Birləşmiş Ərəb Əmirliklərinə hücum etmək kimi bir niyyəti və ya hədəfi olmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti yüksək rütbəli hərbçiyə istinadən məlumat yayıb.

Xatırladaq ki, BƏƏ-nin Əl-Füceyrə əmirliyindəki neft-sənaye kompleksi ərazisinə pilotsuz uçuş aparatı zərbəsi nəticəsində güclü yanğın baş verib və mülki müdafiə xidməti yanğının söndürülməsinə başlayıb. Hadisə nəticəsində üç Hindistan vətəndaşı yaralanıb.

Qeyd edək ki, BƏƏ-də HHM xəbərdarlığı yenidən işə salınıb.

TodayPress TV

tag: İran,BƏƏ,Hücum,PUA,TodayPress TV,