Ermənistan Zəngəzura doğru - Tunel tikintisi başladı

Ermənistan Zəngəzura doğru  - Tunel tikintisi başladı
29.06.2026 11:27 Gündəm

Ernənistanda “Yol Departamenti”, “Tunel Sad Ariana” və “Abat Rahan Pars International Group” arasında Şimal-Cənub magistralı üzrə Kacaran tunelinin tikintisi ilə bağlı müqavilə imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Müqaviləyə əsasən, 7,2 km uzunluğunda olan tunelin inşası yaxın zamanda başlayacaq. Bu, ölkənin nəqliyyat infrastrukturunun inkişafında mühüm mərhələ hesab olunur.

Bildirilib ki, Tunelin tikintisi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin daha effektiv fəaliyyət göstərməsinə və regional əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Tunelin layihələndirilməsi və hazırlıq işləri başa çatdırılıb.

Qeyd edilib ki, Kacaran tuneli tamamlandıqdan sonra regionda yük və sərnişin daşımalarının sürətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.


Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər