"CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur

"CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur
05.06.2026 16:58 Gündəm

“CNN World” beynəlxalq aləmdə nüfuzlu xəbər kanalı hesab olunur. Bu səbəbdən həmin xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi və guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə irəli sürülən iddialara inananlar da tapıla bilər.

Bunu TodayPress TV-yə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, həmin xəbər tamamilə əsassız və təxribat xarakterlidir. Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib.

"Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-in sorğusuna cavab olaraq məlumatın əsassız olduğunu redaksiyaya təqdim etməsinə baxmayaraq, kanal “anonim mənbələrə” əsaslanaraq dezinformasiyanı yaymağa üstünlük verib. Deməli, “anonim mənbə” xəbərin yayılmasında israrlı olub və CNN də bu israra tabe olub".

Analitik bu hadisənin hansı mərkəzlərin İsrailin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında maraqlı ola biləcəyi sualını yaratdığını diqqətə çatdırıb:

"ABŞ Prezidenti Donald Trampın CNN kanalına münasibəti mənfidir. Ağ Evin sahibi bu kanalı mütəmadi olaraq dezinformasiya yaymaqda ittiham edir. Azərbaycana aid yayılan xəbər də bunun təsdiqi kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, “anonim mənbənin” ABŞ-ın rəsmi strukturlarına bağlı olduğu ehtimalını da diqqətdən qaçırmaq olmaz.

“Anonim mənbənin” dezinformasiya yaymaqda məqsədinin İran–Azərbaycan münasibətlərini gərginləşdirmək olduğu ehtimal edilir. İranın mühafizəkar dairələri və onlara bağlı saytlar CNN-in yaydığı “xəbərdən” əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifadə etməsinə dair dezinformasiyalar yayırdılar. İndi həmin dairələr CNN-ə istinad edərək, “düşmən dövlətin xəbər kanalı da bizim dediklərimizi təsdiqlədi” məzmunlu ittihamlar səsləndirə bilərlər.

Deməli, “anonim mənbə” kimdirsə və ya kimlərdirsə, məhz İranın mühafizəkar dairələrinin Azərbaycana qarşı dezinformasiyalarının yayılmasının davam etməsində maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi CNN World-un “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib edən bəyanat yayıb. Nazirliyin bəyanatı “CNN-dən əsassız iddiaların yer aldığı bu məqalənin təkzib edilməsini gözləyirik” cümləsi ilə yekunlaşıb".

Politoloq sonda onu da əlavə edib ki,  CNN-in dezinformasiyasında Azərbaycanla yanaşı İsrailin də adı çəkildiyinə görə, həmin ölkənin Xarici İşlər Nazirliyinin də CNN-in məlumatını təkzib etməsinə ehtiyac var.

"Bu halda CNN-in “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib etməkdən başqa seçimi qalmayacaq. Əks halda, CNN-ə istinad edənlərin sayı arta bilər",- Elxan Şahinoğlu fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, "CNN" anonim mənbələrə istinadən İsrailin İranla qarşıdurma zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə iddiaların yer aldığı material dərc edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 IYUN 2026
SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Bütün Xəbərlər