Bloger ittiham səsləndirdi, Hikmət Hacıyev dərhal cavab verdi - VİDEO
Almaniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinə xaricdə yaşayan bloger Ələmdar Bünyadov yaxınlaşaraq müxtəlif iddialar səsləndirib.
TodayPress TV xəbər verir ki, İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olduğu iddia edilən bloger Ələmdar Bünyadov Almaniyada Azərbaycan nümayəndə heyəti ilə təmas quraraq əsassız ittihamlar səsləndirib.
Məlumata görə, Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə onu dinləyib, daha sonra səsləndirilən iddialara cavab veriblər.
Qeyd olunur ki, bundan əvvəl də Hikmət Hacıyevin bloger Tural Sadıqlı ilə analoji dialoqu sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.