Avropa liderləri sıraya düzülüb: Paşinyana təbrik yağır
Ermənistanda 7 iyun 2026-cı il tarixində keçirilən növbəti parlament seçkiləri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi ilə başa çatıb.
İlkin rəsmi nəticələrə əsasən, hakim partiya səslərin təxminən 49.82%-ni toplayaraq parlamentdə təkbaşına hökumət qurmaq mandatını qoruyub saxlayıb.
Seçki nəticələrinin elan olunmasından dərhal sonra beynəlxalq müstəvidə ciddi diplomatik hərəkətlilik müşahidə olunub. Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və region ölkələrindən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nikol Paşinyana zəng edərək, yaxud bəyanat yayaraq onu seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər.
Lakin Rusiya və Azərbaycan tərəfindən Paşinyanın qələbəsi ilə bağlı hər hansı rəsmi reaksiya verilməyib.
Aysel Mətləb