Ağ Evdə "enerji həyəcanı": Tramp neft maqnatlarını təcili topladı
Gündəm
29.04.2026 20:45
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə neft və qaz şirkətlərinin rəhbərləri ilə bir araya gələrək İran müharibəsinin enerji bazarlarına təsirini, eləcə də Hörmüz boğazında aylarla davam edə biləcək potensial blokadanı müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi "Anadolu" agentliyinə danışıb.
Bildirilib ki, Tramp və rəhbərlərin lazım gələrsə, mövcud blokadanı aylarla davam etdirmək və bunun amerikalı istehlakçılara təsirini minimuma endirmək üçün atıla biləcək addımları müzakirə edilib.
"Prezident daxili və beynəlxalq enerji bazarları barədə rəy almaq üçün mütəmadi olaraq enerji sahəsinin rəhbərləri ilə görüşür", - deyə rəsmi bəyanatda vurğulanıb.
Məlumata görə, görüşdə energetika naziri Skott Bessent, administrasiya rəhbəri Suzi Uayls və vitse-prezident Ceyms Devid Vens də iştirak ediblər.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ-nin Hörmüz boğazında tətbiq edə biləcəyi uzunmüddətli blokada ehtimalı ilə yanaşı, rəsmilər və şirkət rəhbərləri daxili enerji istehsalı, Venesueladakı irəliləyişlər, neft fyuçersləri, təbii qaz və gəmiçilik məsələlərinə də toxunublar.
Aysel Mətləb
tag: ABŞ,Neft,Hörmüz,Enerji,TodayPress TV,
