300 mindən çox azərbaycanlının şəhər və kəndlərə köçürülməsi qərara alındı

Gündəm

29.04.2026 15:50

“Mənbələrə görə, səfər Paşinyanın Bakı qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Həmin öhdəliklərə əsasən, azərbaycanlılar Sovet Ermənistanı ərazisindəki keçmiş yaşayış məntəqələrinə qayıtmalıdırlar”.

TodayPress TV xəbər verir ki, bu barədə “News Media” şirkətinin erməni əsilli baş direktoru Aram Qabrelyanov “Facebook” sosial şəbəkəsində Azərbaycan Baş nazirinin müavininin İrəvana səfərini şərh edərək yazıb.

“300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Kotayk vilayətinin Arzakan, Geranis və Marmarik yaşayış məntəqələrinə, Göyçə vilayətinin (Göyçə gölü yaxınlığında, hazırda Azərbaycanın nəzarəti altında olan Kəlbəcər sərhədində) Vardenis, Zod, Ağbradzor, Çağkunk, Lçap və Tsovazard icmalarına, Armavir vilayətinin Çağkalanç, Qriboyedov və Haykaşen kəndlərinə, həmçinin Araqatsotn vilayətinin Bazmağbyur və Saralanç yaşayış məntəqələrinə. Böyük köçürülmə proqramının həyata keçirilməsinə seçkilərdən dərhal sonra başlanacaq. Həmin vaxt Zəngəzur vilayətinə aid “Ümumi ev” layihəsinin müqaviləsi də imzalanacaq”, - deyə Qabrelyanov yazıb.

Jalə Rövşən

TodayPress TV

tag: Azərbaycanlılar,Ermənistan ,Kənd ,Göyçə vilayəti,Todaypress.tv,