Maliyyə Nazirliyinin 66 əməkdaşı “Yüksəliş”də iştirak edib
“Yüksəliş” müsabiqəsi sizin həyatınıza yeni bir dinamika gətirəcək”.
TodayPress TV xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu tipli müsabiqələr olduqca böyük stimuldur.
“Maliyyə Nazirliyinin 66 əməkdaşı da müsabiqədə iştirak edib. Onlardan 1-i finalçılar arasındadır”.
Nazir mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.
Töhfə Səməd