3500 nəfər pedaqoji heyət təlimlərə cəlb olunacaq

3500 nəfər pedaqoji heyət təlimlərə cəlb olunacaq
30.07.2025 15:30 Elm və Təhsil

“Bu il 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması planlaşdırılır”.

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin keyfiyyətinin artırılması Agentliyin əsas prioritet istiqamətlərindən biridir. 

0–5 yaş arası dövrdə  uşaqlarda gələcək inkişaf üçün vacib bacarıq və vərdişlər formalaşır. Bu səbəbdən pedaqoji heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. İndiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər