11 yeni bağça istifadəyə veriləcək

11 yeni bağça istifadəyə veriləcək
30.07.2025 15:23 Elm və Təhsil

“Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib”.

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır.

Töhfə Səməd

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər