Zelenski və Avropa liderləri Trampla danışdılar

Zelenski və Avropa liderləri Trampla danışdılar
16.05.2025 17:52 Dünya

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko məlumat verib.

Zəngdə Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Task iştirak edib.

Leşşenko təfərrüatların tezliklə açıqlanacağını bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər