Zelenski Starmerlə görüşəcək

Dünya

17.03.2026 11:32

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı  Londonda Baş nazir Kir Starmer ilə  müdafiə və sənaye tərəfdaşlığı barədə razılığa gəlmək üçün görüşəcək.

TodayPress TV "Reuters"ə istinadən xəbər veri ki, bu barədə Britaniya hökumət rəsmiləri  məlumat yayıb.

Açıqlamada bildirilir ki, iki liderin dronların və digər hərbi texnologiyaların birgə istehsalı və təchizatına yönəlmiş genişləndirilmiş bəyannamə üzrə razılığa gəlməsi gözlənilir.

Bəyanatda əlavə olunub ki, Britaniya və Ukrayna digər ölkələrlə müdafiə sənayesi və texnoloji əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.

Britaniya hökuməti,  həmçinin bildirib ki, NATO-nun baş katibi Mark Ruttenin də Starmer və Zelenski ilə Avro-Atlantik təhlükəsizliyi və Ukraynada davamlı sülhün təmin edilməsi səyləri ilə bağlı danışıqlar aparmaq üçün Londona səfər etməsi gözlənilir.

TodayPress TV

Jalə Rövşən 

tag: Volodimir Zelenski ,Böyük Britaniya ,Görüş ,Kir Starmer ,Todaypress.tv,