Zelenski onlara təşəkkür etdi
Zelenski Sibiqa və Xmaranın nazir vəzifələrinə təyin olunmasına görə deputatlara təşəkkür edib.
TodayPress TV xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Andrey Sibiqanın xarici işlər naziri, Yevgeni Xmaranın isə müdafiə naziri vəzifəsinə təyin olunmasına dəstək verdiklərinə görə parlament üzvlərinə təşəkkür edib.
“Ukraynanın xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın, müdafiə naziri vəzifəsinə isə Yevgeni Xmaranın namizədliyini dəstəklədikləri üçün deputatlara minnətdaram”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, hər iki nazir qarşısında vəzifələr tam aydın müəyyənləşdirilib: “Ukraynanı gücləndirmək”.
Qiymət Mahir