Yaponiyada iki gəmi toqquşdu

Yaponiyada iki gəmi toqquşdu
13.08.2025 11:27 Dünya

Yaponiyanın cənubunda əyləncə gəmisi ilə yük gəmisi toqquşub. Hadisədə bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsindən bildirilib.

Məlumata görə, təxminən 500 ton ağırlığında yük gəmisi Hoto adası yaxınlığında əyləncə gəmisi ilə toqquşub. Əyləncə gəmisində olan bir nəfər sudan çıxarılıb.

Hazırda Sahil Mühafizəsi yaxtada olan digər şəxsləri axtarır, lakin gəmidə neçə nəfərin olduğu məlum deyil.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər