Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə...
Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Minskdə Volodimir Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus lideri Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşdə deyib.
“Zelenskinin nümayəndələri bu yaxınlarda burada idilər. Mən onlara birbaşa dedim: “Uşaqlar, prezidentinizə deyin: əgər o, bizimlə belə danışıb bizi müharibəyə sürükləyə biləcəyini düşünürsə, müharibənin keyfiyyətinin dərhal dəyişəcəyini başa düşməlidir. “Bu, tamamilə fərqli bir müharibə olacaq”, – deyə Lukaşenko bildirib.
Jalə Rövşən