Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
TodayPress TV xəbər verir ki, liderlər söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal prosesləri də müzakirə ediblər.
Ərdoğan İran və ABŞ arasında artan gərginlik fonunda diplomatiyanın əhəmiyyətinə diqqət çəkib və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
İran və ABŞ arasındakı gərginliklə bağlı diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayan Türkiyə Prezidenti tərəflər arasında danışıqların davam etdirilməsini arzuladıqlarını bildirərək, Ankarının sülh səylərinə dəstəyini davam etdirəcəyini deyib.