Polşa ordusu müharibəyə hazırlaşır

Polşa ordusu müharibəyə hazırlaşır
18.08.2026 00:40 Dünya

Polşa potensial müharibəyə hazırlaşır, lakin bunun baş verməyəcəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın müdafiə nazirinin müavini Sezari Tomçik “Super Express” qəzetinə müsahibəsində bildirib.

“Biz müharibəyə hazırlaşırıq və ümid edirik ki, bu, heç vaxt baş verməyəcək. Biz ordunu mətbuat konfransları üçün yaratmırıq, onu elə hesabla yaradırıq ki, son dərəcə əlverişsiz şəraitdə milli müdafiə əməliyyatlarını həyata keçirməyə hazır olmalıdır və bütün zəruri vasitələrə malik olmalıyıq”, - deyə o vurğulayıb.

Müdafiə nazirinin müavini həmçinin qeyd edib ki, Polşa Rusiya və Belarusla sərhəddə müdafiə xətlərinin inşasını nəzərdə tutan “Şərq qalxanı” layihəsi çərçivəsində SAN kompleks pilotsuz uçuş aparatlarından müdafiə sisteminin yaradılması üzərində işləyir. Onun sözlərinə görə, SAN-ın imkanlarının 80 faizi müharibə dövrü üçün nəzərdə tutulub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər