Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı!

Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı!
17.08.2026 23:31 İdman

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da mübarizəyə start verilib.

Emin Cavadlı (55 kq) mundiala inamlı start verib. Avropa çempionumuz fransalı Nolan Pissoşeylə (11:0) ermənistanlı Edqar Petrosyana (10:1) tam üstünlüklə, rusiyalı İliya Kandalinə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala adlayıb.

O, finala gedən yolda gürcüstanlı Koba Karumidzeyə 4:11 hesabıyla məğlub olub. Həmyerlimizin avqustun 18-i bürünc medal görüşündə Jiale Li (Çin) – Hiro Sakamoto (Yaponiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Xatırladaq ki, üç güləşçimiz 1/8 final mərhələsində mübarizəni dayandırıb. Murad Əliyev (67 kq) Ermənistan təmsilçisi Yurik Mxitaryana 6:13, Kamran Rəcəbli (72 kq) özbəkistanlı Behruzbek Vəliyevə 0:8 və Rihad İbrahimli (97 kq) isə yaponiyalı Ryozey Katamatsuya 1:4 hesabıyla məğlub olub.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər