“Barselona” dünya ulduzunu heyətinə qatdı!

“Barselona” dünya ulduzunu heyətinə qatdı!
17.08.2026 23:52 İdman

Futbol üzrə Dünya və Avropa çempionu, ispaniyalı yarımmüdafiəçi Rodri "Barselona"ya keçib.

TodayPress TV xəbər verir ki, onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkədəki X sosial şəbəkə hesabında yayıb.

"Barselona"da oynamaq mənim arzumdur. Komanda yoldaşlarıma qoşulacağım anı səbirsizliklə gözləyirəm. Biz Çempionlar Liqasını və digər bütün turnirləri qazanmağa gedirik", - deyə Rodri bildirib.

Bundan əvvəl Romano 30 yaşlı futbolçu ilə müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulduğunu bildirmişdi.

Rodri daha əvvəl "Vilyarreal", "Atletiko" və "Mançester Siti" klublarında çıxış edib. İngiltərə klubunun heyətində o, UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı milli və beynəlxalq titullar qazanıb.

İspaniya millisinin heyətində Rodri 2026-cı ildə dünya çempionu, 2024-cü ildə Avropa çempionu və 2023-cü ildə Millətlər Liqasının qalibi olub. O, 2024-cü ildə "France Football" jurnalının versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər