Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək?

Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək?
17.08.2026 21:02 Dünya

İsrail Baş nazirinin ofisi Baş nazir Benyamin Netanyahunun Sülh Şurası ilə keçirdiyi görüşün nəticələri barədə məlumat yayıb.

TodayPress TV xəbər verir ki, məlumatı İsrail Baş nazirinin ofisi yayıb.

Bildirilib ki, Netanyahu ilə Sülh Şurası arasında “dərin və konstruktiv” danışıqlar aparılıb.

Görüşün yekununda iki işçi qrupunun yaradılması barədə qərar qəbul edilib. Birinci qrup Qəzzanın tərksilahı və demilitarizasiyası məsələləri ilə məşğul olacaq. İsrail və Sülh Şurasının mövqeyinə görə, bu proses mümkün qədər qısa müddətdə həyata keçirilməli və Qəzzada hər hansı bərpa işlərinə başlanılmasından əvvəl tamamlanmalıdır.

İkinci işçi qrup isə Qəzzada əhalinin sanitariya, təmiz su ilə təmin olunması və digər ictimai səhiyyə problemlərinə fokuslanacaq. Bildirilib ki, bu məsələlər İsrail əhalisinə də təsir göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər