Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Donetsk vilayətinin Aleksandrovsk istiqamətində yerləşən Andreyevka-Klevtsovo yaşayış məntəqəsi üzərində nəzarəti bərpa etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, sovet dövründə İskra adlandırılan kəndin azad edilməsi əməliyyatı zamanı 30 Rusiya hərbçisi təslim olaraq əsir götürülüb.