Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...”
ABŞ-nin xüsusi nümayəndəsi Jared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza sülh planını irəli aparmaq məqsədilə keçirilən müzakirələrdə əldə olunan irəliləyiş barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News”a bildirib.
“Əgər HƏMAS qarşıdakı 60-90 gün ərzində könüllü şəkildə silahlarını və tunellərini təhvil versə, bu, böyük təhlükəsizlik təhdidinin aradan qaldırılması demək olacaq. Bu, ağlasığmaz bir nailiyyətdir”, - deyə o açıqlayıb və əlavə edib ki, bu, İsrail üçün hər iki tərəfin qazandığı vəziyyətdir.
Aysel Mətləb