Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü
ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında populyarlıq reytinqi 33%-ə düşüb ki, bu da onun 20 yanvar 2025-ci ildə keçirilən andiçmə mərasimindən bu yana ən aşağı göstəricidir.
TodayPress TV xəbər verir ki, bu məlumatı “Reuters” agentliyi və beynəlxalq “Ipsos” xidməti tərəfindən birgə keçirilən sorğunun nəticələri sübut edir.
Respondentlərin 33%-i Trampın dövlət başçısı vəzifəsində fəaliyyətini bəyənir. Sorğu iştirakçılarının 64%-i isə əks mövqedədir. Qalanları cavab verməyib.
Sorğuda iştirak edənlərin 80%-i ABŞ və İran arasındakı münaqişənin uzunmüddətli olacağını düşünür, 16%-i isə onun bir neçə həftə ərzində başa çatacağını hesab edir.
Aysel Mətləb