İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstanının hökumət başçısı Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, F. Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstanının baş nazirinin ofisinə hücumu müzakirə edib. Əlavə edilib ki, bu hücum gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ata biləcək təhlükəli hadisədir.
İraq XİN vurğulayıb ki, F. Hüseyn bu hücumla bağlı İranın rəsmi mövqeyinə aydınlıq gətirilməsini istəyib.
Aysel Mətləb