Ufada hamilə qadına hücum edildi

Dünya

11.11.2025 11:58

Ufada dayanacaqda hamilə qadına qarşı zorakılıq hadisəsi baş verib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Zaton məhəlləsində, Axmetova küçəsində yerləşən çoxmənzilli binanın yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, naməlum kişi tapança ilə dayanacağa gələrək hamilə qadınla mübahisə edib. Münaqişə zamanı o, qadını əvvəlcə saçından tutaraq sürüyüb, daha sonra silahı ona doğru tuşlayıb. Hadisə anı ərazidəki müşahidə kamerası tərəfindən lentə alınıb.

Görüntülərdə kişinin qadını avtomobilin kapotuna itələdiyi, sonra ayaqlarından tutduğu, qadının isə qışqıraraq kömək istədiyi görünür. Qadının daha sonra ayağa qalxaraq qarnını tutduğu qeyd edilir.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə istintaq qrupu göndərilib. Hüquq-mühafizə orqanları fakt üzrə araşdırma aparır.

Jalə Rövşən

TodayPress TV


tag: Ufa,Rusiya,Hamilə qadın ,Zorakılıq ,Todaypress.tv,