Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı

Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı
08.08.2026 17:54 Dünya

Dünya Bankı 14 illik münaqişədən sonra maliyyə sektorunu yenidən qurmağa çalışan Suriyaya 100 milyon dollar ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, vəsaitin Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən ayrılması Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənib.

100 milyon dollar “Suriya Maliyyə Sektorunun Modernləşdirilməsi” layihəsi çərçivəsində təqdim olunacaq.

Layihənin əsas məqsədi maliyyə əməliyyatlarını daha təhlükəsiz, sürətli və şəffaf etmək, əhalinin maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir. Bundan əlavə, maliyyə infrastrukturunun modernləşdirilməsi, bank sektorunun inkişafı və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Dünya Bankının məlumatına görə, layihə maliyyə sektorunun əsas sistemlərinin bərpasını və ildə ən azı 15 milyon elektron pərakəndə ödəniş əməliyyatının həyata keçirilməsini dəstəkləyəcək.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər