“Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer
İngiltərənin “Hall Siti” klubu “Çelsi”nin qazaxıstanlı hücumçusu Dastan Satpayevlə maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Sportzine” nəşri məlumat yayıb.
Premyer Liqaya yüksələn “Hall Siti” 17 yaşlı futbolçunu 2026/2027 mövsümündə icarəyə götürmək üçün “Çelsi”yə müraciət edib.
London klubunun rəhbərliyi Satpayevin qarşıdakı mövsümdə daha çox oyun təcrübəsi qazanması üçün onun icarəyə göndərilməsi variantlarını nəzərdən keçirir. İlkin plana əsasən, futbolçunun Fransanın “Strasburq” klubuna icarəyə verilməsi gözlənilirdi.
“Hall Siti”nin təklifi isə “Çelsi”nin planlarını dəyişə və Satpayevin karyerasını İngiltərədə davam etdirməsinə səbəb ola bilər.
Qeyd edək ki, Satpayev avqustun 12-də 18 yaşını tamamladıqdan sonra rəsmi olaraq “Çelsi”nin futbolçusu olacaq. London klubu qazaxıstanlı hücumçunun transferi üçün 2,4 milyon avro ödəyib.