Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq
İran BƏƏ-nin ADNOC şirkəti tərəfindən idarə olunan gəmiyə Hörmüz boğazından keçərkən raketlə hücum edib.
TodayPress TV xəbər verir ki, “Reuters” BƏƏ rəsmilərinə istinadən məlumat yayıb ki, hadisə gəminin Hörmüz boğazından keçidi zamanı baş verib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hücuma münasibət bildirərək BƏƏ-yə məxsus tankerin hədəfə alınmasını pisləyib.
Nazirlik İranı “bu qəddar hücumların nəticələrinə görə məsuliyyət daşımağa” çağırıb.
Türkan İsgəndərli